“Türkiyə Daxili İşlər Nazirliyi və BƏƏ-nin müvafiq strukturlarının birgə keçirdiyi əməliyyat nəticəsində “Don Vito” ləqəbli narkobaron Abdullah Alp Üstün və cinayət təşkilatının maliyyə əməliyyatlarına cavabdeh olan Həsən Lalə həbs edilib. Onlar oktyabrın 11-i səhər saatlarında Türkiyəyə ekstradisiya ediliblər”, - xəbərdə deyilir.
Təhqiqat araşıdrması zamanı Abdullah Alp Üstünün “CHROOKE” mütəşəkkil cinayətkar qrupuna, Həsən Lalənin isə təşkilatın maliyyə işlərinə rəhbərlik etdikləri müəyyənləşdirilib.
Hər iki təqsirləndirilən şəxs İnterpol tərəfindən beynəlxalq axtarışa verilmişdi.
— Newsfeed (@Newsfeed883920) October 11, 2025
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


